“S&P 500” indeksi 1.2% artaraq 4.839.81-ə yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. İndeks sonuncu dəfə 2022-ci ilin yanvarında rekord qırıb, sonra 25% düşüb, indi isə tam bərpa olunub.
“Dow Jones Industrial Average” 1.1% artaraq 37 863.80 bənd, “NASDAQ Composite Index” isə 1.7% artaraq 15 310.97 bənd təşkil edib. “SMCI” səhmləri 35.9%, “Nvidia” – 4.2%, “Broadcom” – 5.9% artıb.
A”ssociated Press”in məlumatına görə, bazar ABŞ iqtisadiyyatının artımı, aşağı işsizlik, Amerika ev təsərrüfatlarında artan nikbinlik və aşağı inflyasiyanın fonunda bərpa olunur. Bütün bu məlumatlar FED-in faiz endirimi gözləntilərini artırır.