Amerika fond indeksləri avqustun 8-i cümə axşamı günü ticarət sessiyasını güclü artımla başa vurub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, “S&P 500” indeksi 2022-ci ilin noyabr ayından bəri ən yüksək göstəriciyə çatıb və 2.3% bahalaşıb. “Dow Jones Industrial Average” 1.76%, “Nasdaq Composite” isə 2.87% artım nümayiş etdirib.
Bu həftənin əvvəlində məlum olub ki, dünyanın ən böyük banklarından biri olan “JPMorgan Chase” bu ilin sonuna ABŞ iqtisadiyyatında tənəzzül ehtimalını 25%-dən 35%-ə yüksəldib. Analitiklər hələ də 2025-ci ilin ikinci yarısına qədər tənəzzül ehtimalını 45% səviyyəsində qiymətləndirirlər.