“S&P 500” indeksi rekord həddə yüksəlib

Amerikanın “Standard & Poor’s” indeksi ticarət sessiyasının sonunda 0.19% artaraq 4247.44 bəndə yüksəlib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bu, indeksin 10 iyunda qeydə alınan əvvəlki rekordunu yeniləyib.

Bildirildiyi kimi, “Dow Jones Industrial Average” indeksi 0.04% artaraq 34 479.6 bəndə yüksəlib. Yüksək texnoloji “Nasdaq Composite” indeksi isə cəmi 0.35% bahalaşıb və 14 069.42 bəndə çatıb.

Ümumilikdə, həftə ərzində “S&P 500” 0.4%, “Nasdaq” 1.9% yüksəlib, “Dow Jones” isə 0.8% düşüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.