19 C
Baku
Thursday, October 17, 2024

S&P 500 indeksi rekord həddə yüksəldi

ABŞ-da 500 ən iri şirkəti ehtiva edən S&P 500 indeksi bu gün səhərki hərracda 3395,06 faiz bəndinə çataraq yeni tarixi maksimum həddinə yüksəlib.

Nyu York birjasının saytına istinadən xəbər verilir ki, 3393,52 faiz bəndi olan əvvəlki rekord fevralın 19-da qeydə alınmışdı.

CNBC xəbər verir ki, indiyədək sözügedən indeks hərracın sonunda 3386,15 faiz bəndi həddini keçməmişdi.

Ekspertlərin rəyinə görə, bu yüksəliş ABŞ-ın əsas İT şirkətlərinin səhmlərinin yüksəlməsilə bağlıdır.

Belə ki, “Facebook”, “Amazon”, “Apple”, “Netflix”, “Microsoft” kimi şirkətlərin səhmləri ilin əvvəlindən etibarən 27 faiz və daha çox, “Alphabet”in isə 14 faizdən çox bahalaşıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər