S&P 500 indeksi bütün zamanların yeni rekordunu vurub. İyulun 3-də keçirilən ticarət zamanı bençmark 0.55% artaraq 5539.27 bənd təşkil edib.
Ticarət sessiyasının sonuna qədər S&P 500 indeksi 5537.02 bəndədək korrektə olunub, ticarət günü ərzində bençmark 0.51%, ilin əvvəlindən isə 16.08% artıb.
İyunun 21-də S&P 500 indeksi tarixdə ilk dəfə ticarət zamanı 5500 bəndi ötüb, Amerika fond bazarında bir çox analitiklər indeksin hələ 2024-cü ilin sonunda yüksələcəyini gözləyirdilər.