12 C
Baku
Thursday, November 14, 2024

S&P 500 və NASDAQ yeni maksimuma çatıb

Amerikanın fond bazarının S&P 500 (Standard & Poor’s) indeksi noyabrın 18-də 0.34% artaraq 4704.54 bəndə çatıb.

Banker.az xəbər verir ki, bu, yeni rekord olub. Xatırladaq ki, əvvəlki rekord noyabrın əvvəlində qeydə alınıb.

Eyni zamanda texnoloji NASDAQ Composite indeksi də 0.45% artaraq yeni zirvəyə – 15 993.71 bəndə yüksəlib. Dow Jones Industrial Average 0.17% azalaraq 35 870.95 bəndə enib.

İndekslər keçən həftə ABŞ-da inflyasiyanın son 30 ilin ən yüksək həddinə çatması xəbəri fonunda aşağı düşüb. İstehlakçı qiymətləri indeksi illik müqayisədə 6.2% artaraq 1990-cı ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb.

Son xəbərlər
Digər xəbərlər