“S&P” beynəlxalq reytinq agentliyi hesab edir ki, Özbəkistandakı “DavrBank”ın alınması ABB-nin uzunmüddətli strategiyasına uyğundur.
Banker.az xəbər verir ki, agentliyin yaydığı açıqlamada sövdələşmənin ABB-nin beynəlxalq genişlənmə və regional oyunçu kimi mövqelənmə hədəflərini dəstəklədiyi bildirilib.
Xatırladaq ki, ABB Özbəkistanda fəaliyyət göstərən “DavrBank”ın 51%-lik səhmlərinin alınmasını planlaşdırır. Bankın adı “ABB DavrBank” olacaq.
“S&P” bu fonda bankın uzunmüddətli “B” reytinqini müsbət gözləntilərlə “CreditWatch” siyahısına daxil edib.







