12 C
Baku
Saturday, November 23, 2024

S&P ABŞ-nin reytinqini “AA+/A-1+” səviyyəsində təsdiq edib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ABŞ-nin uzunmüddətli və qısamüddətli suveren reytinqlərini “sabit” proqnozla “AA+/A-1+” səviyyəsində təsdiqləyib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu arada, mənfi amillər arasında yüksək borc yükü (xalis dövlət borcu ÜDM-in 100%-nə yaxınlaşır), həmçinin ABŞ büdcəsinə mənfi təsir göstərən ikitərəfli əməkdaşlığın qurulmasındakı çətinlikləri göstərmək olar.

“S&P GR” analitikləri ölkənin real ÜDM artımını bu il 2.5%, gələn il 1.5%, 2026-cı ildə 1.7% və 2027-ci ildə 1.9% proqnozlaşdırırlar.

İşsizliyin 2024-cü ildə 3.9% olacağı, növbəti iki ildə 4.2%-ə yüksələcəyi və 2027-ci ildə 3.9%-ə qayıdacağı gözlənilir.

İstehlak qiymətləri (CPI indeksi) bu il orta hesabla 2.8%, gələn il 2%, 2026-cı ildə 2.3%, 2027-ci ildə isə 2.1% artacaq.

Son xəbərlər
Digər xəbərlər