ABŞ-nin xarici mallara gömrük rüsumlarının tətbiqi nəticəsində bu il qlobal avtomobil istehsalı 2% azalaraq 87.9 milyon ədəd təşkil edəcək. Ötən illə müqayisədə 1.55 milyon az avtomobil istehsal olunacaq. Bu barədə “S&P Global Mobility”nin proqnozunda deyilir.
“Nikkei Asia” bu il ABŞ-də avtomobil satışlarının 3% azalacağını təxmin edir. Bundan əvvəl ABŞ-də hər il təxminən 16 milyon avtomobil satılırdı. ABŞ Çindən sonra ikinci ən böyük bazardır. Eyni zamanda, ABŞ-da satılan avtomobillərin demək olar ki, yarısı xaricdən gətirilir. Bundan əlavə, ABŞ avtomobil hissələrinin 30%-dən 60%-ə qədərini idxal edir, nəşr qeyd edir.
Aprelin 3-dən etibarən ABŞ-yə gətirilən bütün avtomobillərə 25% rüsum tətbiq olunacaq. Mayın 3-dən idxal olunan avtomobil hissələrinə də tariflərin tətbiq ediləcəyi planlaşdırılırdı. Bununla belə, “Wall Street Journal” yazır ki, ABŞ administrasiyası istehsalçılara bu tariflərə görə bir il ərzində ABŞ istehsalı olan avtomobilin dəyərinin 3.75%-nə bərabər olan məbləğdə güzəştlər almağa icazə verəcək. İkinci ildə kompensasiya avtomobilin dəyərinin 2.75%-nə endiriləcək, sonra isə ləğv ediləcək.