Beynəlxalq reytinq agentliyi olan “S&P”, Almaniyanın uzunmüddətli kredit reytinqini “AAA” səviyyəsində təsdiq edib, agentliyin mesajında deyilir.
Banker.az xəbər verir ki, eyni zamanda qısamüddətli reytinq “A-1+” səviyyəsində təsdiq edilib, reytinqlər üzrə proqnoz sabitdir.
Agentliyin sözlərinə görə, “sabit” proqnozlar xarici makroiqtisadi şəraitin pisləşməsi şəraitində növbəti iki-üç il ərzində Almaniyanın maliyyə sabitliyinə dair gözləntiləri əks etdirir.
Eyni zamanda “S&P”, qlobal tələbatın zəifləməsi və istehsal sektoruna təzyiq səbəbiylə Almaniya iqtisadiyyatında yavaşlamanı qeyd edir. Agentliyin sözlərinə görə, bu, müvəqqəti bir fenomendir.
“Daxili tələbat əmək bazarının yaxşı vəziyyətinin fonunda iqtisadi inkişafa dəstək verəcəkdir”, – deyə agentlik əlavə edir.
Agentlik 2019-cu il üçün Almaniyanın ÜDM-nun artımına dair proqnozlarını 0,5% aşağı endirib, 2020-2022-ci illər arasında artım tempi 1% təşkil edəcəyi gözlənilir.
“Bu, son beş il ərzində müşahidə edilən 2% artım tempi ilə müqayisədə nəzərəçarpan yavaşamadır”, – “S&P” hesab edir.
Almaniyanın iqtisadi fəaliyyətdə davamlı bir pisləşmə olduğu və ya Avropa Mərkəzi Bankının pul siyasətinin zəifləməsi təqdirdə, agentlik Almaniyanın reytinqini aşağı sala bilər.