12 C
Baku
Saturday, November 23, 2024

S&P Almaniyanın reytinqini təsdiqləyib

“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi Almaniyanın xarici və yerli valyutada uzunmüddətli suveren kredit reytinqini “AAA” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz “stabil”dir.

Digər ölkələrdən qaçqın axını, əlavə hərbi xərclər və energetika sahəsinə yönələn böyük investisiyaların ölkənin xərclərini artıracağı gözlənilsə də, Almaniyanın güclü və şaxələndirilmiş iqtisadiyyatı, eləcə də aşağı dövlət borcu reytinqi sözügedən səviyyədə qalması üçün kifayət edəcəyi güman edilir.

Qeyd edilir ki, stabil proqnoz ölkə iqtisadiyyatının sabitliyini və yaxın iki il ərzində Ukrayna ətrafındakı vəziyyətin dolayı təsirini yumşaldacaq və Almaniyanın kredit qabiliyyətinin pisləşməsinin qarşısını alacaq institutların effektivliyini əks etdirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər