21 C
Baku
Friday, May 31, 2024

“S&P” Azərbaycanın 3 bankının kredit reytinqini təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – “Kapital Bank”, “PAŞA Bank” və “Muğanbank”ın kredit reytinqini təsdiqləyib.

Bu barədə “S&P Global Ratings”in məlumatında bildirilib. “S&P” “Kapital Bank”ın uzunmüddətli kredit reytinqini “BB-“, “PAŞA Bank”ın “B+”, “Muğanbank”ın isə “B-” səviyyəsində təsdiqləyib. “Standard and Poor’s” hər üç bankın baza səviyyədə reytinqini “b+” olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.

Qeyd edək ki, “S&P” Mərkəzi Asiya və Qafqaz banklarının median reytinqi isə “B+” səviyyəsində qiymətləndirdiyini açıqlayıb. “Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir”- “Standard and Poor’s” əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər