23 C
Baku
Thursday, October 10, 2024

“S&P” Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb

Azərbaycanın bank sektorunun gəlirliliyi (RoAA) 2023-cü ildə 2.1%, 2024-cü ildə isə 2.0% təşkil edəcək.

Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda bildirilib.

Agentlik qeyd edib ki, bank sektoru üzrə gəlirlilik təxminən 2022-ci il səviyyəsində proqnozlaşdırılıb. Pərakəndə məhsullara, risk maya dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımı sabit gəlirliliyin əsasını təşkil edəcək.

Reytinq agentliyi bank sektorunun kredit portfelinin 2023-cü ildə 15%, 2024-cü ildə isə 10% artacağını müəyyən edib. S&P həmçinin, problemli kreditlərin bu il 4.0%, 2024-cü ildə isə 4.5%-ə qədər artacağını proqnozlaşdırıb. “Biz ümid edirik ki, problemli kreditlər 30 iyun 2023-cü il tarixindəki 3.5%-dən növbəti 24 ay ərzində 4.0%-4.5%-ə qədər arta bilər, çünki aşağı artım mühitində kreditlər mövsümü olur və banklar 2023-cü ildə əlavə ehtiyat ehtiyacları ilə üzləşəcəklər. 2023-2024-cü illərdə kredit itkiləri orta kredit kitablarının 1.0%-1.2%-i səviyyəsində qalacaq” – Agenliyin proqnozunda qeyd edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər