8 C
Baku
Saturday, December 3, 2022

“S&P” Azərbaycanın bank sektoru üzrə riskləri qiymətləndirib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib.

Bu barədə Agentliyin Avropa, Yaxın Şərq və Afrika (EMEA) ölkələrinin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. “S&P Global Ratings” bu sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə 9 balla qiymətləndirib.

Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək, iqtisadiyyatda kredit risklərini isə son dərəcə yüksək olaraq qiymətləndirib. Sənaye trendləri üzrə institusional çərçivə riskləri son dərəcə yüksək, rəqabət dinamikası ilə bağlı riskləri yüksək və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə çox yüksək olaraq müəyyən edilib.

Qeyd edək ki, Agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.

Xatırladaq ki, BICRA üzrə renkinqdə Azərbaycan yaxın və qonşu ölkələr olan Qazaxıstan, Ukrayna, Belarus və Türkiyədən öndə yer alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X