19 C
Baku
Wednesday, May 22, 2024

“S&P” Azərbaycanın bank sektoru üzrə riskləri yenidən qiymətləndirib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib.

Bu barədə Agentliyin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. “S&P Global Ratings” bu sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə yenidən 9 balla qiymətləndirib.

Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək olaraq saxlayıb. “S&P” ötən ilin noyabr qiymətləndirməsində olduğu kimi sənaye trendləri üzrə institusional çərçivə riskləri son dərəcə yüksək, rəqabət dinamikası ilə bağlı riskləri yüksək və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə çox yüksək olaraq müəyyən edilib. İqtisadiyyatda kredit risklərini isə son dərəcə yüksəkdən çox yüksəyə endirib.

Qeyd edək ki, Agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.

Xatırladaq ki, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında Azərbaycan Gürcüstan, Ermənistan və Özbəkistandan aşağıda, Qazaxıstandan isə öndə yer alıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər