30 C
Baku
Thursday, May 30, 2024

S&P: Azərbaycan avqustda “OPEC+” kvotasından 184 min barel geri qalıb

Bu ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 500 min barel səviyyəsində olub.

Bu barədə “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalında bildirilir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan avqust ayında “OPEC+” çərçivəsində kvotasından 184 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı 499 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 185 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1.4 milyon barel azaldacağını bəyan edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər