18 C
Baku
Friday, November 22, 2024

S&P: “Azərbaycan bankları makroiqtisadi çağırışlara qarşı daha yaxşı dayanıqlılıq nümayiş etdirib”

Azərbaycanın bank sektoru kreditlərə güclü tələbi stimullaşdıran əlverişli əmtəə qiymətləri və aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə dəstəklənən uzunmüddətli korreksiyadan sonra bərpa əlamətləri nümayiş etdirir.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırılmasında deyilir.

“Bank sektoru son illərdə makroiqtisadi çağırışlara qarşı daha yaxşı dözümlülük nümayiş etdirdiyini hesab edirik və sistemdəki kreditlərin dəyəri və problemli kreditlər əvvəlki gözləntilərimizdən xeyli aşağı olaraq qalır.

Bank aktivlərinin keyfiyyət göstəriciləri, tarixən aşağı olan problemli kreditlərinə və kredit xərclərinə davamlı yaxşılaşma nümayiş etdirir və bank sektorunun çətin keçən 2020-ci ili, iqtisadi tənəzzülü və aşağı neft qiymətlərini geridə qoyduğuna inanırıq”, – S&P hesab edir.

Problemli kreditlər bu ilin ortalarında rəsmi açıqlanan 3.5 %-ə qarşı, illik 4-5 %-ə qədər orta dərəcədə pisləşə bilər.

“Bunun sistem üçün idarə edilə bilən hesab edirik”, – S&P bəyan edib.

Reytinq agenliyi, Azərbaycan banklarının kreditləşməsinin illik təqribən 15 % artımla 2022-2023-cü illərdə bərpa olunacağını qeyd edir: “Baza ssenarimizdə, kredit xərclərinin 2022-ci ildə və sonrakı dövrdə yüksək olaraq qalacağını proqnozlaşdırırıq ki, bu da əsasən yüksək inflyasiya fonunda ev təsərrüfatlarının və kiçik və orta müəssisələrin sərəncamında olan real gəlirlərinin azalması səbəbindən sonrakı sarsıntıları əks etdirir.

Eyni zamanda, 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0.5-1 %-i daxilində qalacağına inanırıq. Ev təsərrüfatlarının və korporativ borclar 2021-ci ilin sonunda ÜDM-in 9 %-ni təşkil edib ki, bu da oxşar ölkələrlə müqayisədə aşağıdır”.

S&P analitikləri, bir neçə illik durğunluqdan sonra, 2022-2023-cü illərdə kreditləşmə aktivliyini bərpasını gözləyirlər: “Bankların ümumi kredit portfeli 2021-ci ildə 17.8 %, bu ilin yanvar-iyul aylarında isə 11 % artıb. Artım 2022-ci ildə illik 15-17 % səviyyəsində sabitləşəcək və 2023-cü ildə də analoji tempdə davam edəcəyini gözləyirik.

Pərakəndə kreditləşmə 2021-ci ildə 28 %, 2022-ci ilin yeddi ayında isə 17 % artıb”.

Araşdırılmaya əsasən, regionda geosiyasi risklər və iqtisadi çətinliklərlə bağlı artan narahatlıqlar, Azərbaycanda kredit riskinin yaxşılaşdırılmasının davamlılığına və bankların risk iştahına təsir göstərə bilər, eyni zamanda banklar öz kredit portfellərini fəal şəkildə genişləndirdikcə tənzimləmə təkmilləşdirilməsi sınaqdan keçiriləcək: “Ən həssas seqmentlərə və sahələrə məruz qalmalarından və potensial şokların öhdəsindən gəlmək qabiliyyətindən asılı olaraq bəzi bankların digərlərindən daha çox zərbə alacağını gözləyirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər