9 C
Baku
Sunday, November 17, 2024

“S&P” Azərbaycan iqtisadiyyatı üçün əsas riskləri açıqlayıb

“S&P Global Ratings” 2023-cü il üzrə Azərbaycan iqtisadiyyyatı üçün mümkün riskləri açıqlayıb.

Bu barədə beynəlxalq reytinq agentliyinin araşdırmasında qeyd edilib.

“S&P” hesab edir ki, geosiyasi qeyri-müəyyənlik və karbohidrogen gəlirlərindən yüksək asılılıq səbəbindən risklər yarana bilər: “Qısa müddətli böyüməyə maneələr artan geosiyasi risklərin uzunmüddətli təsiri ilə daha da güclənə bilər. Azərbaycanın fiskal balansı ortamüddətli perspektivdə proqnozlaşdırdığımızdan daha çox zəifləyə bilər. Bu, dövlətin gözləniləndən yüksək kapital xərcləri yaranarsa və ya karbohidrogen gəlirlərinin kəskin azalacağı halda baş verə bilər. Karbohidrogen qiymətlərinin kəskin azalması adambaşına düşən ÜDM-in real artımını azalda, geniş iqtisadi perspektivlərə də təsir edə bilər”.

“Digər tərəfdən Ermənistanla hərbi qarşıdurma artarsa, iqtisadiyyata təzyiq yarana bilər, lakin daha geniş münaqişə bizim əsas ssenarimiz deyil” – deyə “S&P”nin araşdırmasında qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər