Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ilin sonuna 11 milyard 343,1 milyon dollar təşkil edəcək.
Bu qiymətləndirmə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarında göstərilib.
2024-cü ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard 959,5 milyon dollar təşkil edəcək.
Beləliklə, 2025-ci ildə AMB-nin ehtiyatları 3,5% artacaq.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, onun valyuta ehtiyatları 28 noyabr 2025-ci il tarixinə 11 milyard 433,8 milyon dollar təşkil edir.






