12 C
Baku
Wednesday, December 11, 2024

“S&P”: Azərbaycanda bu il gündəlik neft hasilatı 15% azalacaq

S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il gündəlik neft hasilatının 15% azalacağını proqnozlaşdırır.

Azalma dinamikası Azərbaycanın “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində öhdəliklərin təmin edilməsi ilə bağlıdır.

Məlumatda qeyd edilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı 713 min barel təşkil edib.

Proqnoza görə, Azərbaycanda neft hasilatının 2019-cu ilin səviyyəsinə qayıtması 2022-ci ilin aprelindən sonra gözlənilir (“OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılmasının dayandırılmasından sonra).

Bu cür proqnozun verilməsi neftə olan qlobal tələbatın dinamikası və Azərbaycanın əvvəlki neft hasilatı həcmlərinə qayıtması (nə qədər tez qayıda biləcəyi – red.) sahəsində mövcud olan qeyri-müəyyənliklərlə izah edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər