12 C
Baku
Saturday, November 23, 2024

S&P: Azərbaycanda işsizlik səviyyəsi 4.5%-ə enəcək

“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyini Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən 4.5%-dək azalacağını açıqlayıb.

Bu barədə reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.

S&P-nin proqnozuna görə, bu il ölkədə işsizlik səviyyəsi 4.7%-ə, 2025-ci ildə isə 4.5%-ə enəcək. 2026 və 2027-ci illərdə isə dəyişməz olaraq qalacaq.

Mart üzrə göstəriciyə görə, Azərbaycanda işsizlik 5.5% təşkil edir.

Qeyd edək ki, adətən xarici maliyyə təşkilatları Azərbaycanda işsizliklə bağlı proqnozları 5-6% civarında müəyyən edir. Beynəlxalq Valyuta Fondu 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5.5% proqnozlaşdırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər