15 C
Baku
Saturday, December 6, 2025

“S&P” Azərbaycanın 2029-cu ilə qədər xalis beynəlxalq investisiya mövqeyini qiymətləndirib

Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi 2025-2028-ci illərdə ÜDM-in təxminən 76 %-ni təşkil edəcək.

Bu qiymətləndirmə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda göstərilib.

“Azərbaycanın xarici balansı onun ən güclü kredit xüsusiyyətlərindən biri olaraq qalır və Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) toplanmış əhəmiyyətli xarici valyuta aktivləri ilə dəstəklənir. Bu buferlər xarici şoklara qarşı əhəmiyyətli müdafiə təmin edir. Biz xarici likvid aktivlərin ən azı 2028-ci ilə qədər ölkənin xarici borcundan yüksək olaraq qalacağını gözləyirik, bu zaman xalis beynəlxalq investisiya mövqeyi 2025-2028-ci illərdə orta hesabla ÜDM-in təxminən 76 %-ni təşkil edəcək”, – agentlik qeyd edib.

“S&P”nin qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı ticarət şərtlərinin potensial dəyişkənliyinə qarşı həssas qalsa da, ölkənin xalis xarici mövqeləri əlverişsiz qiymət dövrlərinin (karbohidrogenlər üzrə – red.) xarici likvidlik və ümumi iqtisadiyyata təsirini əhəmiyyətli dərəcədə yumşaltmalıdır.

Agentlik qeyd edir ki, hazırkı büdcə müzakirələri Azərbaycan hökumətinin 2026-cı il dövlət büdcəsinin kəsirini orta hesabla bir barel üçün 65 ABŞ dolları neft qiyməti əsasında ÜDM-in 2,3 %-i həcmində qiymətləndirdiyini göstərir.

“S&P” analitikləri Azərbaycanın 2025-2028-ci illərdə manatın dollara qarşı məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayacağını gözləyirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər