9 C
Baku
Friday, December 13, 2024

S&P Azərbaycanın 3 bankının reytinqini təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – “Kapital Bank” (BB-/B), “PAŞA Bank” (B+/B) və “Muğanbank” (B-/B) ASC-lərin kredit reytinqini təsdiqləyib.

Bu barədə reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, S&P bu maliyyə qurumların reytinq üzrə proqnozlarını dəyişməyərək sabit saxlayıb.

“Azərbaycanın iqtisadi və sahəvi riskləri ilə bağlı qiymətləndirmələrimiz müvafiq olaraq “9” və “9” təşkil edir. Bizim qiymətləndirilmələrimizə görə, həm iqtisadi, həm də sahəvi risklər üçün tendensiyalar sabit olaraq qalır.

“Omikron” ştamının son zamanlarda sürətlə yayılması pandemiyaya xas qeyri-müəyyənliklərlə, yanaşı vaksinlərin əhəmiyyətini və faydalarını vurğulayır. “Omikron”u əvəz edəcək və mövcud immuniteti aradan qaldıracaq daha ağır variantların riski istisna olunmasa da, hazırkı əsas vəziyyətimiz, mövcud vaksinlər ağır xəstəliklərə qarşı əhəmiyyətli qorunma təmin etməyə davam edə biləcək.

Bundan başqa, dünya üzrə bir çox hökumətlər, müəssisələr və ev təsərrüfatlarında təkrarlanan “COVID-19”un mənfi iqtisadi təsirini məhdudlaşdırmaq üçün siyasətlər hazırlayır.

Nəticə etibarı ilə, 2020-ci ilin ikinci rübündəki kəskin qlobal iqtisadi daralmanın təkrarlanacağını gözləmirik. Eyni zamanda, biz fərdi emitentlərin ölklərində və sahələrində yeni dalğalara nə dərəcədə uyğunlaşdıqlarını qiymətləndirməyə davam edirik”, – məlumatda deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər