17 C
Baku
Friday, April 19, 2024

“S&P” Azərbaycanın beynəlxalq kredit reytinqini təsdiqlədi: proqnoz mənfidir

28 iyul 2017-ci il tarixində Standard and Poor’s reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparmış və müvafiq hesabatını açıqlamışdır.

Bu barədə Maliyyə Nazirliyi açıqlama verir.

Agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinini dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində, mənfi proqnoz ilə saxlamışdır.
“Standard ənd Purz” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusiylə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyyatlarının mövcudluğu göstərilir.
Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.

Son xəbərlər
Digər xəbərlər