Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabı (CƏH) 2028-ci ilə kimi profisitli olacaq.
Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib. S&P-nin proqnozuna görə, bu il CƏH profisiti ÜDM-in 10.3%-ni, 2025-ci ildə 6.9%-ni, 2026-cı ildə 5.7%-ni, 2027-ci ildə isə 4.6%-ni təşkil edəcək.
Reytinq agentliyi həmçinin, ticarət balansının ÜDM-ə nisbətini bu il üzrə 17%, 2025-ci il üzrə 14.3%, 2026-cı il üzrə 13.2%, 2027-ci ildə isə 12.2% proqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən 2023-cü ildə CƏH-in profisi ÜDM-in 11.5%-i həcmində, yəni 8 milyard 329,4 milyon ABŞ dolları həcmində olub. AMB sədri Taleh Kazımov isə 2024-cü ilin sonuna CƏH-in profisitinin 7 mlrd. dollar, 2025-ci ildə isə 6.5 mlrd. dollar səviyyəsinə olacağını açıqlayıb.