12 C
Baku
Saturday, November 23, 2024

S&P Azərbaycanın enerji operatorunun müstəqil kredit reytinqini yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “AzərEnerji” SC-nin emitentinin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini sabit proqnozla “BB/B” səviyyəsində təsdiqləyib.

Elektrik enerjisinin yüksək qiymətləri fonunda əlverişli əməliyyat mühiti “AzərEnerji”nin maliyyə profilini dəstəkləyir.

“Fikrimizcə, enerji operatorunun maliyyə profili davamlı olaraq güclənib və bu, bizi müstəqil kredit profilini (SACP) “b-”dən “b”yə dəyişməyə vadar edib. İndi proqnozumuz belədir ki, 2024-cü ildən etibarən əməliyyatlarla bağlı fəaliyyətin (FFO) borca korrektə olunmuş nisbəti 30 %-dən yuxarı qalacaq. Bu nisbət ardıcıl iki ildir yüksək olaraq qalır: FFO-nun borca nisbəti 2023-cü ildə 38,8 % olubsa, 2022-ci ildə pik həddə çatıb – 62,8 %. Vəziyyətin yaxşılaşması yüksək enerji qiymətləri və enerji ixracı həcmlərinin artması ilə əlaqədardır”, – hesabatda deyilir.

Agentlik analitikləri hesab edir ki, enerji böhranları və inflyasiya son bir neçə ildə əksər kommunal şirkətlər üçün maneəyə çevrilib: “Amma “AzərEnerji” Rusiya-Ukrayna münaqişəsi fonunda enerji böhranından ciddi mənfi nəticələrə məruz qalmayıb. Enerji operatoru elektrik enerjisinin yüksək qiymətlərindən bəhrələnib, Azərbaycanda iqtisadiyyatın böyük hissəsinin neft və qazdan asılı olması ilə əlaqədar bəzi digər şirkətlər kimi qazın qiymətlərinin artmasıyla dəstəklənib”.

183a1eb1 9415 37d0 9337 206669fee67f“AzərEnerji”nin reytinqinin sabit proqnozu suveren reytinq üzrə proqnozu əks etdirir.

“Biz şirkətə dövlət tərəfindən böyük dəstəyin olmasının yüksək ehtimalını görürük və hökumətin “AzərEnerji”nin böyük investisiya proqramını dəstəkləməyə davam edəcəyini və istənilən likvidlik defisitini qarşılayacağını gözləyirik. Bizim baza ssenaridə şirkətin hökumət təminatı olmadan üçüncü tərəflərə borc öhdəlikləri verməyəcəyi, onun strukturu və cari aktivlər tərkibinin dəyişməyəcəyi gözlənilir”, – S&P vurğulayır.

Agentlik hesab edir ki, “AzərEnerji” hələ də məzənnə dəyişkənliyi (borcların demək olar hamısı xarici valyutadadır; demək olar bütün gəlirlər isə manatladır), şirkətin bütün nağd pullarını saxladığı zəif yerli bank sistemi S&P-nin cari proqnozunu aşan dövriyyə kapitalının və ya kapital qoyuluşunun artırılması kimi risklərə məruz qalır.

“Lakin bu çatışmazlıqlar dövlət dəstəyi ilə kompensasiya edilir. Dövlət “AzərEnerji”nin bütün borclarına zəmanət verir və ya onun sahibidir və kapital artımını təmin edir. Bu vəziyyətin ortamüddətli perspektivdə də qorunacağını gözləyirik. Üstəlik, şirkət tarixən dövlət dəstəyinin geniş spektrindən, o cümlədən kapitalın artırılması, borc xidmətlərinin ödənilməsi, vergi güzəştləri və sıfır dividendlər ilə bağlı tədbirlərdən yararlanıb. Başa düşürük ki, bu, “AzərEnerji”nin Azərbaycan hökuməti üçün mühüm iqtisadi və sosial rolu ilə bağlıdır və buna görə də şirkətin, lazım gələrsə, vaxtında və kifayət qədər dövlət dəstəyi alacağına inamımızı təsdiq edirik”, – hesabatda deyilir.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər