2 C
Baku
Saturday, December 14, 2024

“S&P” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

“S&P Global Ratings” 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.

“S&P Global Ratings” bu il üzrə Azərbaycanda real ümumdaxili məhsulda (ÜDM) 1.5% artım olacağını proqnozlaşdırıb. Bu isə S&P-nin ötən il açıqladığı 2024-2026-cı illər üzrə orta iqtisadi artım gözləntisindən 0.1 faiz bəndi çoxdur.

Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 76.08 milyard ABŞ dolları həcmində, adambaşına düşən ÜDM-in isə 7,364.82 dollar olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2.3%, 2025 və 2026-cı illərdə 2.4% səviyyəsində, Asiya İnkişaf Bankı 2024-cü ildə 1.2%, 2025-ci ildə isə 1.6% səviyyəsində proqnozlaşdırıb. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2.5%, 2025-ci ildə isə 2.7% müəyyən edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin birinci rübündə Azərbaycanda 4% iqtisadi artım qeydə alınıb. Bu dövrdə nominal ÜDM-nin həcmi isə 29.1 milyard manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər