“S&P Global Ratings” reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsul istehsalının real artımını yenidən 2% müəyyən etdiyi halda, 2026-cı il üzrə gözləntilərini 1.5%-dən 2%-ə yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings”in 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionuna dair hesabatında bildirir.
2024-cü ildə regionda faktiki ÜDM artımı bizim proqnozumuzu üstələdiyi vurğulanır. Biz 2025-ci ildə ÜDM artımının güclü olacağını, lakin 2024-cü illə müqayisədə daha az ifadəli olacağını proqnozlaşdırılır
“S&P” qeyd edir ki, neft hasilatçıları Qazaxıstan və Azərbaycan son neft qiyməti dinamikasından faydalanırlar, lakin neft hasilatının azalması ilə üzləşirlər.
“Müsbət cəhət odur ki, bu ölkələrdə neft və qaz sektorundan kənar iqtisadi artım həmin sektorun artım tempini üstələyir”- deyə, agentlik əlavə edir.
Qeyd edilir ki, regionda sürətli kredit artımı, əsasən pərakəndə kreditləşmənin təsiri ilə, bankların mənfəətliliyini dəstəkləyəcək, lakin uzun müddətli perspektivdə aktivlərin keyfiyyətinə mənfi təsir göstərə bilər.
Agentliyin qeydinə görə, güclü mənzil qiyməti dinamikası Ermənistan, Gürcüstan və Azərbaycanın bank sektorları üçün əhəmiyyətli bir riskə çevrilə bilər. Regionda ipoteka kreditləşməsi yerli valyutada hökumət dəstək proqramlarından və təkmilləşən kredit dəyərləndirmə standartlarından faydalanır.
Regionda sürətlə artan təminatsız istehlak kreditləri xüsusilə narahatlıq doğurur, çünki bu sahədə risklər daha yüksəkdir. Pərakəndə kreditləşməyə tətbiq olunan daha sərt tənzimləyici tədbirlər Özbəkistanda pərakəndə kredit artımını müəyyən qədər məhdudlaşdırsa da, Ermənistan, Gürcüstan və Azərbaycanda bu sahədə artım güclü olaraq qalır.