Geosiyasi risklərin azalması və fiskal buferlərin qorunması şəraitində Azərbaycanın kredit əsasları orta müddətdə yaxşılaşa bilər.
Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan müstəsna dərəcədə güclü fiskal və xarici buferlərə malikdir. Agentliyin qiymətləndirməsinə görə, bu imkanlar Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan iri həcmli aktivlərlə dəstəklənir. Davamlı müsbət ümumi dövlət xalis aktiv mövqeyi və aşağı dövlət borcu iqtisadiyyatın şoklara davamlılığını artırır, karbohidrogen qiymətlərinin dəyişkənliyinin təsirini yumşaldaraq makroiqtisadi sabitliyi qoruyur.
S&P qeyd edir ki, geosiyasi risklərin azalması və fiskal buferlərin qorunması şəraitində Azərbaycanın kredit əsasları orta müddətdə yaxşılaşa bilər: “Rəsmi sülh müqaviləsi hələ yekunlaşmasa da, son öhdəliklər və ilkin icra addımları ikitərəfli münasibətlərdə onilliklər ərzində ən konstruktiv mərhələnin formalaşdığını göstərir. Bu prosesin investisiya mühitini yaxşılaşdıracağı və iqtisadi artım potensialını yüksəldəcəyi gözlənilir”.







