9 C
Baku
Thursday, December 12, 2024

“S&P” Azərbaycanın ÜDM və büdcə kəsirinə şərh verib

Nüfuzlu reytinq agentliyi “S&P Global Ratings” bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ümumi daxili məhsulunun (ÜDM) nisbətinin 2.1% səviyyəsində olacağını proqnozlaşdırır.

Gələn il kəsir ÜDM-in 0.7%-ni təşkil edəcək. Agentliyin uzunmüddətli proqnozuna əsasən isə, ölkənin icmal büdcəsi 2022-ci ildə profisitə qayıdacaq və ÜDM-in 1%-ni təşkil edəcək.

Qeyd edək ki, “S&P”nin 2020-ci il üçün proqnozu özünü doğruldub. Belə ki, agentlik ötən il üçün Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətini 6.4% səviyyəsində olacağını gözləyirdi, faktiki göstərici isə 6.5% (4.698 mlrd. manat) təşkil edib.

Maliyyə Nazirliyinin operativ məlumatlara əsasən, 2020-ci ildə icmal büdcənin gəlirləri 24.463 mlrd. manat, xərcləri isə 29.160 mlrd. manat icra olunub.

Digər proqnozlara gəldikdə, “Fitch Ratings” beynəlxalq agentliyi noyabrda Azərbaycanın 2020-ci il icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5.7% təşkil edəcəyini proqnozlaşdırırdı. Beynəlxalq Valyuta Fondunun gözləntilərinə əsasən isə, 2020-ci ildə icmal büdcəsinin kəsiri ÜDM-in 5.4%-ni təşkil etməli idi. Dünya Bankı 7.5%-lik kəsir proqnozlaşdırmışdı.

Son xəbərlər
Digər xəbərlər