7 C
Baku
Sunday, December 15, 2024

“S&P” Dövlət Neft Fondunun işini qiymətləndirib

“2018-ci ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ÜMD-in təxminən 60%-nə bərabər olacağı proqnozlaşdırılır”.

Bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, növbəti dörd il ərzində suverenin xalis aktivlərinin ÜDM-in 32%-ni təşkil edəcəyi gözlənilir. “Ötən il büdcə defisiti ÜDM-in 1,5%-ni təşkil edib. Bu nəticəyə, həmçinin Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına xarici valyuta ehtiyatlarının artırılması üçün edilən birdəfəlik transfertlər də daxildir. Transfertləri saymasaq. Büdcə profisitlə icra olunub. 2021-ci ilə qədər dövlət büdcəsi profisitinin ÜDM-in 1%-nə bərabər olacağını proqnozlaşdırırıq. Azərbaycan, həmçinin Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi üzrə illik ödənişlərdən də gəlir əldə edəcək.

Son xəbərlər
Digər xəbərlər