9 C
Baku
Friday, December 13, 2024

S&P Fransanın kredit reytinqini azaldıb

“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq 2023-cü ildə büdcə kəsiri və mənfi iqtisadi proqnozlar fonunda Fransanın kredit reytinqini “AA”dan “AA-“yə endirib.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, reytinq agentliyi 2023-cü ildə büdcə kəsirinin gözləniləndən çox olduğunu nəzərə alıb.

Bundan əlavə, S&P Fransanın büdcə kəsirinin 2027-ci ilə qədər ÜDM-in 3%-nə qayıdacağını gözləmir.

“France info” radiosunun məlumatına görə, büdcə kəsirinin 2023-cü ildə ÜDM-in gözlənilən 4,9%-dən faktiki 5,5%-ə yüksəlməsinə Çin iqtisadiyyatının yavaşlaması və Ukraynadakı münaqişə kimi xarici amillər səbəb olub.

İqtisadçıların fikrincə isə 2024-cü ildə büdcə kəsiri də proqnoz intervalında (təxminən 4,4%) qala bilməz. Bu rəqəm ilin sonunda ÜDM-in 5,1%-5,2%-i ola bilər.

Bundan əvvəl Fransa hakimiyyəti 2027-ci ilə qədər büdcə kəsirini ÜDM-in 3%-nə endirmək məqsədinə sadiq olduqlarını bəyan etmişdi. Bu, Avropa İttifaqı səviyyəsində müəyyən edilmiş maksimum kəsirdir.

Son xəbərlər
Digər xəbərlər