7 C
Baku
Thursday, December 12, 2024

S&P: Gələn il Azərbaycanın bank sektorunun gəlirliliyi sabit qalacaq

“Gələn il Azərbaycanın bank sektorunun mənfəətliliyi sabit qalacaq və 2022-ci il səviyyəsində olacaq”.

Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə gözləntilərində bildirilib.

Qeyd edilib ki, sabit gəlirliliyin əsasını pərakəndə məhsullara diqqət yetirməklə yeni kredit artımı, riskin maya dəyərinin normallaşdırılması və əməliyyat xərclərinə nəzarət təşkil edəcək.

Bununla belə, “S&P” hesab edir ki, problemli kreditlər 3.5%-dən növbəti 2 il ərzində 4.0%-4.5%-ə qədər arta bilər. Agentlik həmçinin, 2023-2024-cü illərdə kredit itkilərinin isə ümumi portflelin 1.0%-1.2%-i səviyyəsində qalacağını əlavə edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bankları 914.5 mln. manat, 2023-cü ilin 10 ayında isə 908.2 mln. manat xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər