“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan və Qazaxıstan, tənzimləmə və nəzarətin keyfiyyətini artırmaq üçün islahatlar həyata keçirdiyi və Qafqaz və Mərkəzi Asiya reginonnuda ən irəlidə olan ölkələrindən biri hesab edir.
Banker.az xəbər verir ki, agentlik bu barədə 7 mayda inkişaf etməkdə olan ölkələrə dair şərhində qeyd edib.
Birinci istiqamət tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Bildirilir ki, Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır. Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir.
İkinci istiqamət isə bank sektorunda potensial böhranların sistemli şəkildə idarə olunmasına imkan verən sağlamlaşdırma (resolution) rejiminin tətbiqidir. “S&P” qeyd edir ki, Azərbaycan bu sahədə də Ermənistan və Qazaxıstanla birlikdə nəzərəçarpacaq irəliləyiş göstərən ölkələr sırasındadır.
Hesabatda ümumilikdə, EMEA regionunun (Avropa, Yaxın Şərq və Afrika) inkişaf etməkdə olan bazarlarında sağlamlaşdırma rejiminin tətbiqində ciddi ləngimələr olduğu vurğulanır. Qeyd edilir ki, bu bazarlar kapital və likvidlik üzrə beynəlxalq tənzimləmələri qəbul etsələr də, “resolution” rejiminin tam tətbiqinə keçid zəifdir.
Bununla belə, Azərbaycan və Qazaxısatnla bağlı hissədə o d qeyd edilir ki, “bu ölkələrin əksəriyyətində və hüquqi həll mexanizmi olmayan hallarda, tənzimləyici orqanların hər hansı bank böhranı ilə üzləşmək üçün “ad hoc” həllərdən istifadə etməyə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, “S&P Global Ratings” cari ilin fevral qiymətləndirməsində Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) yaxşılaşdırıb. Bank sektoru üçün sənaye risk qiymətləndiriməsini “sabit”dən “müsbət”ə dəyişdirib.
“Müsbət sənaye risk tendensiyası 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki il ərzində ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin müasirləşdirilməsi təşəbbüslərini əhatə edir. Bu təşəbbüslər səmərəli həyata keçirilərsə, düşünürük ki, Azərbaycanda banklar üçün tənzimləmə və nəzarət daha da gücləndirilə bilər. Bununla belə, biz ölkədəki tənzimləmə və nəzarət çərçivəsini beynəlxalq standartlardan daha zəif hesab etməyə davam edirik”- S&P əlavə etmişdi.