4 C
Baku
Tuesday, December 24, 2024

S&P Global: Hindistan Yaponiya və Almaniyanı keçərək dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək

“S&P Global” və “Morgan Stanley”ə görə, Hindistan Yaponiya və Almaniyanı geridə qoyaraq dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

“S&P”nin gəldiyi nəticə Hindistanın nominal ümumi daxili məhsulunun 2030-cu ilə qədər hər il orta hesabla 6.3% olacağı proqnozuna əsaslanır. Eynilə, “Morgan Stanley” hesablamalarına görə, Hindistanın ÜDM-i 2031-ci ilə qədər indiki səviyyələrdən iki dəfədən çox artacaq.

“Bu amillər [Hindistanı] onilliyin sonuna qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı və birja bazarına çevirəcək”, – mesajda deyilir.

Hindistan iyul-sentyabr rübü üçün illik 6.3% artım göstərib ki, bu da “Reuters” sorğusunun 6.2% proqnozundan bir qədər yüksəkdir. Refinitiv məlumatlarına görə, ölkə 2021-ci ilin iyun ayına qədər olan üç ayda illik 20.1% rekord artım nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər