8 C
Baku
Thursday, March 28, 2024

S&P Global Ratings” neftin qiymətinə dair proqnozunu dəyişdirib

“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi neftin qiymətlnə dair yaxın illər üçün proqnozuna dəyişiklik edib.

“İnterfax”a istinadən verdiyi xəbərə görə, agentliyin nümayəndəsi Aleksandr Qriaznov Almatıdakı (Qazaxıstan) illik konfransda bildirib ki, 2019-cu ildə neftin bir barelinin qiymətinə dair proqnoz 65 dollar, 2020-ci ildə isə 60 dollar səviyyəsindədir. Uzunmüddətli proqnoz da əvvəlki kimi 55 dollardır.

A.Qriaznovun sözlərinə görə, bu ilin sonunadək neftin qiymətinin 70 dollar həddində olacağı gözlənilir. Onun fikrincə, hazırkı yüksək qiymətləri şərtləndirən amillər OPEC ölkələrinin neft hasilatını azaltması və ümumi istehlakın gün ərzində 1.3-1,6 milyon barel artması, həmçinin Meksika və Venezuela ilə bağlı problemlərdir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Çin mallarına dair yeni rüsumları elan edəndən sonra neftin əsas markalarının ucuzlaşmağa başladığı diqqətə çatdırılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər