9 C
Baku
Monday, November 18, 2024

“S&P Global”ın yeni rəhbəri Martina Çun olacaq

“S&P Global” şirkətinin yeni rəhbəri Martina Çun olacaq, bu barədə şirkətin press-relizində deyilir.

Martina Çun “S&P Global”a 2010-cu ildə qoşulub və hazırda “S&P Global Ratings” reytinq agentliyinin rəhbəridir. O, yeni vəzifəsinə noyabrın 1-dən başlayacaq. Martina Çun gələn ilin may ayına qədər idarə heyətində qalacaq.

Reytinq agentliyinin yeni rəhbəri isə icraçı direktor və qlobal reytinq xidmətlərinin rəhbəri Yan le Pallek olacaq.

“S&P Global” səhmləri cümə axşamı günü 0.1% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 1.9% artaraq 140.5 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər