18 C
Baku
Bazar, Oktyabr 24, 2021

S&P: İnkişaf etməkdə olan ölkələrin reytinqlərinin azaldılması gözlənilir

ABŞ-ın Federal Ehtiyat Sistemi (Fed), Avropa Mərkəzi Bankı (ECB) və digər böyük mərkəzi bankların istiqraz alışı proqramları bu il inkişaf etmiş ölkələrin kredit reytinqlərinin qorunmasına kömək edəcək.

Bu barədə “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 2020-ci ildə Böyük 7-lik ölkələrinin borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2019-cu illə müqayisədə artsa da, bu, onların kredit reytinqlərində azalmaya səbəb olmayacaq. İnkişaf etməkdə olan 16 ölkənin kredit reytinqi üzrə proqnozları isə “Mənfi”dir. Odur ki, gələcəkdə onların reytinqlərinin azaldılması gözlənilir. O cümlədən Braziliya və Cənubi Afrika kimi borcu sürətlə artan ölkələrin 2023-cü ilə qədər sabitləşməsi gözlənilmir.

Xatırladaq ki, “S&P” son 1 ildə Afrikada 8, Orta Şərqdə 5, Cənubi və Orta Amerikada – Karib dənizi hövzəsində isə 11 ölkənin kredit reytinqini azaldıb.

Son xəbərlər
Oxşar xəbərlər