15 C
Baku
Thursday, March 13, 2025

“S&P” mümkün Rusiya-Ukrayna razılaşmasının Azərbaycan və regiona iqtisadi təsirlərini açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mümkün Rusiya-Ukrayna sülh müqaviləsinin Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadiyyatlarına təsiri ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə reytinq agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, mümkün atəşkəsdən sonra Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrantların, investisiyaların və kapitalın dərhal və əhəmiyyətli şəkildə axını ehtimal olunmur. Bu, iqtisadi dəyişkənliyi məhdudlaşdırmalıdır.

“S&P” hesab edir ki, aşağı səviyyədə olsa da, müsbət iqtisadi artım tendensiyası davam edəcək. “Mərkəzi Asiya və Cənubi Qafqaza miqrantların və iş adamlarının gəlişi informasiya və kommunikasiya texnologiyaları (İKT), logistika, maliyyə xidmətləri, turizm və ticarət kimi sahələrə təkan verib. Məsələn, 2022-ci ildən bəri Gürcüstanda Rusiya vətəndaşlarına məxsus minlərlə yeni biznes qeydiyyatdan keçib. Halyk Finance-in məlumatına görə, Qazaxıstanda İKT sektorunda Rusiya mənşəli şirkətlərin sayı 2021-ci illə müqayisədə yeddi dəfə artıb və 2024-cü ilin əvvəlinə olan məlumata görə, bu sektorun 75%-ni təşkil edir. Atəşkəs ssenarisində belə, çox güman ki, bir çox biznes xaricdə fəaliyyətini davam etdirəcək, çünki geosiyasi qeyri-müəyyənlik uzun müddət davam edəcək və Rusiya ilə qonşu ölkələr arasında siyasi və iqtisadi əlaqələr qalacaq”- reytinq agentliyindən bildirilib.

“S&P” onu da əlavə edib ki, onların mövcud iqtisadi artım proqnozları artıq 2022-ci ilin yüksək artım tempindən normal hala keçidi müəyyən dərəcədə əks etdirir: “2025-2027-ci illərdə Cənubi Qafqaz və Mərkəzi Asiyada real ÜDM artımının 2022-2024-cü illərlə müqayisədə yavaşlayacağını gözləyirik. Gürcüstan və Ermənistanın iqtisadi artımı 2022-2024-cü illərdə müvafiq olaraq 9.4% və 8.8% olduğu halda, növbəti üç ildə demək olar ki, yarıya enəcək, lakin yenə də möhkəm qalacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər