12 C
Baku
Wednesday, December 11, 2024

S&P pandemiya səbəbindən qlobal iqtisadiyyatın proqnozunu mənfiyə dəyişdi

2020-ci ildə dünya iqtisadiyyatı sürətlə yayılan pandemiya səbəbindən 2,4% azalacaq. Banker.az xəbər verir ki, bu barədə S&P Global Ratings reytinq agentliyinin mütəxəssisləri məlumat verib.

Agentliyin qeyd etdiyi kimi, virusun dünya iqtisadiyyatına təsiri əvvəlcədən gözləniləndən daha uzun və güclü olub ki, bu da makroiqtisadi proqnozların pisləşməsinə səbəb olub. Analitiklər bu il qlobal ÜDM-un 2,4% azalacağını gözləyirlər. Xatırladaq ki, daha əvvəl S&P koronavirusun yayılması ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ÜDM-nun artımını gözlənilən 3,3%-dan 0,4%-a endirəcəyini proqnozlaşdırmışdı.

Avrozonanın iqtisadiyyatını daha güclü eniş gözləyir – 7,3%. ABŞ üçün bu göstərici 5,3% (mənfi) təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər