32 C
Baku
Tuesday, July 16, 2024

“S&P” Qazaxıstanın suveren reytinqlərini təsdiq edib

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi Qazaxıstanın suveren kredit reytinqini “BBB-/А-3” səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz “Sabit” saxlanılıb.

“S&P” hesab edir ki, ölkənin reytinqini dəstəkləyən əsas faktorlar iqtisadiyyatın güclü fiskal və xarici balanslarıdır. Buna baxmayaraq xarici likvid aktivlərin varlığı Qzaxıstanın fiskal dayanıqlığını dəstəkləyir. Eyni zamanda Qazaxıstan höküməti ilə aparılan birgə müzakirələrdən sonra müəyyən edilib ki, ölkə iqtisadiyyatı Rusiyaya qarşı iqitsadi sanksiyaların nəticələrini dəf etmək iqtidarındarır. Bununla yanaşı, Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) yükləmə terminalında ötürücülük qabiliyyətinin aşağı düşməsi müvəqqəti xarakter daşıyır və ölkənin ixrac neft tədarükündə əhəmiyyətli fasilələrə gətirib çıxarmayacaq.

Agentliyə görə, ölkənin dayanıqlı dövlət və xarici balansları, neftin və qızılın qiymətlərinin artması ilə yanaşı xarici tələtümlərin yumşaldılması üçün yetərli olacaq.

Bu il Qazaxıstan 2% iqtisadi artım proqnozlaşdırır.

 

 

Son xəbərlər
Digər xəbərlər