9 C
Baku
Friday, December 27, 2024

“S&P” reytinq agentliyi Sahibkarlığın İnkişafı Fondunun kredit reytinqini “müsbət”ə qaldırıb

“S&P Global Ratings” agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondu (SİF) proqnozunu “stabil”dən “müsbət”ə dəyişdirməklə uzun və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

SİF üzrə reytinqlərin onun dövlət maliyyələşdirməsinin müvəkkil banklar vasitəsilə sahibkarlara subsidiyalaşdırılmış faiz dərəcələri ilə yönəldilməsinin vacib roluna dair fikirlər bildirən “S&P” Fondun hər hansı borcunun olmaması və möhkəm kapitallaşma məsələsinə toxunur.

“S&P” müsbət proqnoz kimi SİF-in köhnə kredit portfelini əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə kredit qabiliyyətinin yaxşılaşacağı ilə bağlı gözləntiləri əks etdirdiyini və növbəti 12 ay ərzində ödənilməmiş portfeldə maddi aktivlərin keyfiyyətinin pisləşməsi əlamətləri görmədiyini bildirir.

“S&P”  üstün ssenari kimi SİF-in kredit portfelini miras qalmış problemli kreditlərdən təmizlədikdən və son bir neçə il ərzində verilmiş kreditlərin aktiv keyfiyyəti adekvat risk mövqeyinə malik həmkarları ilə müqayisə oluna bilən kimi fondu növbəti 12 ay ərzində təkmilləşdirə biləcəklərini vurğulayır.

Bununla belə, agentlik Azərbaycan İnvestisya Şirkəti ilə birləşmədən sonra SİF-in kredit qabiliyyətinin zəifləyəcəyi təqdirdə növbəti 12 ay ərzində reytinqlərini sabitləşdirmək üçün proqnoza yenidən baxa və ya reytinqləri aşağı sala biləcəyini mənfi ssenari kimi diqqətə çatdırır.

 

Son xəbərlər
Digər xəbərlər