13 C
Baku
Monday, May 20, 2024

S&P: Rusiya iqtisadiyyatının 2021-ci il səviyyəsinə qayıtması təxminən 10 il çəkəcək

Rusiya iqtisadiyyatını 2021-ci il səviyyəsinə qaytarmaq üçün təxminən 10 il lazım olacaq. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu proqnozu “S&P Global Market Intelligence” verib.

Analitiklərin hesablamalarına görə, 2022-ci ildə Rusiyada ÜDM 11.1%, 2023-cü ildə isə 1.9% azalacaq. Onların fikrincə, artım 2024-cü ildən tez olmayacaq və 1.6% təşkil edəcək.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) aprel proqnozunda davam edən müharibə səbəbindən Ukraynada ÜDM-nin 2022-ci ilin sonuna kimi 35%, Rusiyada  isə 8.5% düşməsi barədə xəbərdarlıq edib.

Martın 10-u Rusiya Bankı 2022-ci ildə ÜDM-in 8% azalacağı gözlənilən konsensus proqnozunu təqdim edib. Bu göstərici ÜDM-nin 12.7% azaldığı 1994-cü ildən bəri yeni rekord olacaq.

İlin sonunda inflyasiya 20%-ə çatacaq. Avropa Yenidənqurma və İnkişaf Bankının martın 30-u dərc etdiyi proqnozda deyilir ki, 2022-ci ilin sonuna Ukraynanın ÜDM-si 20%, Belarusun ÜDM-si 3%, Rusiyanın ÜDM-si isə 10% azalacaq. Dünya Bankı bir gün əvvəl 11.2% azalma proqnozunu verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər