23 C
Baku
Tuesday, October 8, 2024

“S&P” Rusiyanın kredit reytinqinə dəyişiklik edib

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi (“S&P”) Rusiyanın müstəqil reytinqi üzrə proqnozunu “Mənfi”dən “Stabil”ə yüksəldib. Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə agentliyin hesabatında qeyd olunub. 

Hesabatda həmçinin bildirilib ki, proqnozun yaxşılaşdırılmasına baxmayaraq Rusiyanın kredit reytinqi investisiya səviyyəsindən aşağıda qalaraq dəyişməyib.

Xatırladaq ki, “S&P” Rusiyanın kredit reytinqini 2015-ci ilin yanvar ayında “BBB-” səviyyəsindən “BB+”-a endirib. O zaman qurum qərarını Rusiyada zəif iqtisadi artım perspektivləri ilə izah edib. Daha əvvəl, 2014-cü ilin aprelində isə Ukrayna hadisələri fonunda “S&P” Rusiyanın kredit reytinqini  “BBB”-dən “BBB-“-a endirmişdi.

Report

Son xəbərlər
Digər xəbərlər