Beynəlxalq Standard & Poor’s reytinq agentliyi Rusiyanın kredit reytinqini BB+ səviyyəsində, proqnozlar üzrə reytinq isə pozitiv qiymətləndirib.
“Lenta.ru”nun məlumatına görə, Agentlik həmçinin Rusiyanın xarici valyuta ilə uzunmüddətli öhdəliklərini BB+, milli valyuta üzrə BBB- kimi dəyərləndirib.
Rusiyanın kredit reytinqinin yüksəlməsinə ölkədəki nisbi maliyyə sabitliyi siyasəti səbəb olub.