“Spekulyasiya xarakterləri ilə riskli öhdəliklər”.
Standard & Poor’s beynəlxalq reytinq agentliyi Rusiyanın suveren kredit reytinqini “BBB-” investisiya səviyyəsindən neqativ proqnozlu “BB+” “spekulyativ” yaxud “zibil” səviyyəsinə endirdi.
“BB+” reytinqinin rəsmi tərifi “spekulyasiya xarakterləri ilə riskli öhdəliklər” kimi səslənir.
Reytinq dekabrın 23-də Rusiyanın pul-kredit siyasətinin çevikliyinin “kəskin azlaması” ilə bağlı olaraq, yenidən müzakirəyə qoyulmuşdu.
Bundan əvvəl, yanvarda Fitch beynəlxalq reytinq agentliyi Rusiyanın suveren reytinqini “BBB-” səviyyəsinədək endirmişdi. Bundan bir həftə sonra Moody’s beynəlxalq agentliyi Rusiyanın dövlət istiqrazlarını “Baa3” səviyyəsinədək endirdi. Beləliklə, Fitch və Moody’s Rusiyanın reytinqlərini investisiya kateqoriyasının ən aşağı həddinə yerləşdirsələr də, ilk dəfə olaraq, S&P Rusiya qiymətli kağızlarını spekulyativ xarakterli kimi tanıdı.
Oxu.az