13 C
Baku
Saturday, November 23, 2024

“S&P” Rusiyanın xarici valyutada reytinqini “seçici defolt”a endirib

“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi Moskvanın xarici borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi və bu riskin artması səbəbi ilə Rusiyanın xarici valyutada reytinqini “seçici defolt”a endirib.

Bu barədə “S&P” məlumat yayıb.

Bildirilir ki, Ukraynaya təcavüzü ilə əlaqədar sanksiya dalğaları ilə üzləşən Rusiya, beynəlxalq istiqraz üzrə ödənişləri dollarla olmasına baxmayaraq, bu həftə rublla ödəməyi razılaşması, onu bir əsrdən artıq müddətdə ilk dəfə suveren xarici defoltla üz-üzə qoya bilər.

Qeyd edək ki, Rusiya bazar ertəsi dollarla ifadə olunan avrobondlar üzrə kupon və əsas ödənişləri rublla həyata keçirib.

“Hazırda investorların həmin rubl ödənişlərini, ilkin olaraq müddəti çatan məbləğlərə ekvivalent dollara konvertasiya edə biləcəyini və ya hökumətin bu ödənişləri 30 günlük güzəşt müddəti ərzində konvertasiya edə biləcəyini gözləmirik.

Rusiyaya qarşı sanksiyalar yaxın həftələrdə yəqin ki, daha da artırılacaq. Bu da, Rusiyanın xarici borc öhdəlikləri üzrə şərtləri yerinə yetirmək istəyinə və texniki imkanlarına mane olur”, – agentlik bildirib

Xatırladaq ki, Rusiya 1917-ci il inqilabından sonra öz xarici borcunu ödəməyib, lakin onun istiqrazları indi Qərb ölkələri ilə iqtisadi çəkişmələrində alovlanma nöqtəsi kimi ortaya çıxıb.

Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı fevralın 24-də Ukraynaya müdaxiləsindən əvvəl investisiya reytinqinə sahib olması, onun yaxın vaxtlarda defoltda uğramasını heç təsəvvür etmək mümkün deyildi.

 

 

Son xəbərlər
Digər xəbərlər