16 C
Baku
Thursday, November 13, 2025

“S&P”: “Shah Deniz Compression” layihəsi qaz hasilatını 50 milyard kubmetr artıracaq

“Shah Deniz Compression” (SDC) layihəsinin həyata keçirilməsi Azərbaycana əlavə olaraq təxminən 50 milyard kubmetr təbii qaz və 25 milyon barel qaz kondensatı hasilatını təmin edəcək.

Bu barədə Banker.az “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, SDC layihəsi üzrə yekun investisiya qərarı konsorsium tərəfindən 2025-ci ilin iyun ayında qəbul edilib və layihənin ümumi dəyəri 2,9 milyard ABŞ dolları olaraq qiymətləndirilib.

“S&P”nin gözləntilərinə görə, SOCAR-ın 2025-ci ildə neft hasilatı 2024-cü il səviyyəsində (7-7,5 milyon ton neft və 7-8,5 milyard kubmetr təbii qaz) qalacaq.

“SOCAR ölkədə neft və qaz hasilatına nəzarət edir: 2024-cü ildə onun əsas idarəçiliyində olan aktivlərdə, eləcə də bir sıra nisbətən kiçik birgə müəssisələrdə 7,5 milyon ton neft və 7,7 milyard kubmetr təbii qaz hasil edilib”, – agentlik bildirib.

Xatırladaq ki, SOCAR – hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul olan Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər