“Standard&Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsindən “BB”-dək endirib.
Reytinq üzrə proqnoz “stabil” olaraq qalır.
Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.
Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.
Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.
APA