14 C
Baku
Wednesday, April 24, 2024

S&P SOCAR-ın reytinqini endirib

“Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinədək azaldıb.

Mənbə təşkilatın yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir.

S&P SOCAR-ın uzunmüddətli korporativ kredit reytinqini “CreditWatch Negative” siyahısından çıxarıb.

“Reytinqin aşağı salınmasına səbəb odur ki, fikrimizcə, SOCAR-ın yüksək və artan borclanmasından irəli gələn risklərin kompensasiyası üçün dövlət dəstəyi kifayət qədər olmaya bilər. Bundan başqa, SOCAR-ın yüksək əsaslı xərclərı, aqressiv maliyyə siyasəti də qərarımıza təsir edib”, – deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, S&P qeyd edir ki, SOCAR dövlətin neft-qaz sektorunda əsas aktivi olduğu üçün zərurət yarandığı halda hökumət dövlət şirkətinə lazımi dəstəyi verəcək.

S&P SOCAR-ın Azəri-Çıraq-Günəşli layihəsində payının 11,6%-dən 25%-dək artırılmasını şirkətə verilən davamlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirir.

Bundan başqa, agentlik qeyd edir ki, ölkənin bank sektorunun zəifləməsi SOCAR-a da neqativ təsir edib. Buna baxmayaraq, S&P iddia edir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin restrukturizasiyasının SOCAR-a təsiri məhduddur.

SOCAR-ın xarici öhdəliklərinin kifayət qədər böyü hissəsinin ABŞ dollarında ifadə olunmasına diqqət çəkən S&P bildirir ki, bu, dövlət şirkətini valyuta risklərinə məruz qoyur.

Buna baxmayaraq, S&P vurğulayır ki, SOCAR-ın likvidliyi idarəolunan səviyyədədir.

S&P hesab edir ki, yaxın 2 il ərzində SOCAR-ın reytinqinin yüksəlməsi sual altındadır. Bunun əsas səbəbi kimi şirkətin öhdəliklərinin yüksək olması göstərilir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər